ABŞ-ın Mahir Əsədi öldürmə cəhdi uğursuzluqla nəticələndi

Maide.az-ın Ərəb mediasına istinadən verdiyi məlumata görə, 17 martda Lazkiyə şəhəri üzərində vurulan pilotsuz təyyarə Suriya prezidenti Bəşşar Əsədin regionda hərbi komandirlərlə Lazkiyə yaxınlığında Əl-Makati kəndində toplantı keçirən qardaşı Mahir Əsədə sui-qəsd həyata keçirmək istəyirmiş.
 
 Mənbələr, ABŞ-ın Mahir Əsədə sui-qəsd həyata keçirmək təşəbbüsündəki hədəfinin Suriya prezidenti Bəşşar Əsədin ətrafındakı rəhbərləri vurmaq olduğunu bildirir.
 
 40 saat müddətlə uçduğu, ağıllı bombalar və raketlərlə təchiz edildiyi deyilən predator tipli təyyarə bir həftə əvvəl Mahirin daxili müharibədə yaralanan qohumlarından birini ziyarət edib xəstəxanadan çıxmasından dərhal sonra xəstəxananı bombalamışdı.
 
 ABŞ rəsmiləri təyyarə vurulduqdan sonra Bağdadda müştərək hərbi hərəkat mərkəzindəki iraqlı həmkarlarına təyyarənin Suriyada İŞİD-in hərəkətlərini izləmək üçün kəşfiyyat apardığını söyləyib, iraqlılardan bunu Suriyaya bildirmələrini tələb ediblər. Suriyalılar isə bu fikirlə razı olmayıblar.
 
 Təyyarənin Lazkiyə ətrafına olan və Rusiya zabitlərinin başçılıq etdiyi Rusiya Raket Batareyaları tərəfindən vurulduğu bildirilir.
 
 Mənbələr, gecə radardan qeyb olma xüsusiyyətlərinə malik olan təyyarənin Rusiya istehsalı olan müasir  raketlərlə gecə saatlarında vurulması ABŞ rəsmilərini narahat edib. Eyni mənbələr vurulan təyyarənin parçalarının ABŞ təyyarələri tərəfindən məhv edilmədən əvvəl toplanaraq araşdırmaq üçün Moskvaya göndərildiyini də qeyd ediblər.

Google+ WhatsApp ok.ru