Türkiyədə jurnal redaksiyasına bomba qoyulub partladıldı

Maide.az xəbər verir ki, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində yerləşən “Adımlar Dergisi"nin redaksiyasında partlayış olub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
“Adımlar Dergisi"nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.  Güclü partlayış nəticəsində binanın fasadı qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. 
 
İlkin açıqlamaya görə, redaksiyanın qapısına əldəqayırma partlayıcı quraşdırılıb. Əməkdaşların qapının açması ilə partlayış baş verib. 
 
Hadisə yerinə gələn xüsusi qüvvələr araşdırmalara başlayaraq, ətraf binalarda və dükanlarda olan kameraların yaddaşlarını araşdırmaq üçün götürüblər. 
 
Hadisədən bir qədər sonra hadisə yerinə insanlar toplaşaraq təkbir səsləndiriblər.

Google+ WhatsApp ok.ru