ABŞ Əl-Qaidə rəhbərini pilotsuz təyyarə ilə öldürdü

Pakistanda Əl-Qaidəyə iki gündə ikinci zərbə endirilib. Amerikanın pilotsuz təyyarə ilə etdiyi hücumda Əl-Qaidə lideri Ömər Farukun öldürüldüyü bildirilir.
 
Maide.az xəbər verir ki, hücum Əfqanıstan sərhədindəki Şimali Vəziristanın Datta Hel bölgəsində həyata keçirilib.
 
Ölümü Pakistan hərbi mənbələri və Taliban da təsdiq edib. Amerika ordusundan isə hələlik açıqlama verilməyib.
 
Taliban Ustad Faruk adı ilə də tanınan pakistanlı terrorçunun Əl-Qaidənin Pakistan və Əfqanıstan əməliyyatlarında əsas rol oynadığını bildirir.
 
Əfqanıstanda NATO qüvvələrinə edilən hücumlara da yardım etdiyi deyilir.
 
Farukun ölümü təsdiqləndiyi təqdirdə bu təşkilat üçün böyük zərbə olacaq.
 
Faruk ilə birlikdə hücumda 3 terrorçunun da öldürüldüyü bildirilir.

Google+ WhatsApp ok.ru