Mərakeş nazirini qatar vurub öldürdü

Mərakeş xarici işlər naziri Abdullah Bahanın qatar vurması nəticəsində öldüyü bildirilir.
 
Maide.az xəbər verir ki, Ədalət Partiyasının müşaviri Süleyman əl-Amrani, "Baha paytaxt Rabatın 20 kilometr cənubunda yerləşən Buznika bölgəsində qatar stansiyasındakı relslərdən qarşı yola keçmək istədiyi vaxt qatar vurması nəticəsində hadisə yerində ölüb", - deyə bildirib.
 
Mərakeş Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada da Bahanın qatar qəzasında həyatını itirdiyi bildirilərək, ən qısa zamanda qəza barədə ətraflı məlumatların veriləcəyi bildirilir. 

Google+ WhatsApp ok.ru