ABŞ “İŞİD”-lə mübarizə üçün İraqa xüsusi təyinatlılar göndərir

 ABŞ-ın müdafiə naziri Eşton Karter çərşənbə axşamı günü bildirib ki, İraqa göndərilən qüvvələrin missiyası hücumlar etmək, girovların azad edilməsi, məlumatların toplanması və terror qruplaşmasının liderlərinin yaxalanmasıdır.
Maide.az xəbər verir ki, o bu planın detallarına toxunmayaraq əlavə edib ki sözügedən qüvvələr Suriyada İŞİD mövqelərinə qarşı “birtərəfli əməliyyatlar” da həyata keçirəcəklər.
E.Karter deyib ki, bu qüvvələrin sayı Suriyada olan qüvvələrin sayından artıq olacaq, lakin onların sayını qeyd etməyib.
Hal-hazırda, Suriyada 50-dək xüsusi təyinatlı var və onların vəzifəsi prezident Əsədə qarşı döyüşən silahlı müxaliflər aeasında koordinasiya yaratmaqdır.
ABŞ Nümayəndələr palatasının Sülahlı Qüvvələr Komitəsinin iclasında çıxış edən E.Karter söyləyib ki, yeni xüsusi qüvvələr İraq dövləti ilə razılaşdırılaraq bu ölkəyə ezam ediləcək və İraq təhlükəsizlik qüvvələrinə və kürd peşmərgələrə yardım göstərəcəkləri nəzərdə tutulur.
İclasda iştirak edən ABŞ ordusunun Baş qərargah rəisi General Jozef Danford da bildirib ki, yeni xüsusi təyinatlılar əsasən məlumatların toplnamasını sürətləndirəcəklər ki bu da “bizim əməliyyatımızı nəzərə çarpacaq dərəcədə effektiv edə bilər”.
O əlavə edib: “Biz İraqda və Suriyada müharibə aparırıq, buna görə də, düşmənin olduğu yerə getmək niyyətindəyik və düşmənin imkanlarını xeyli zəyiflədəcək əməliyyatlar həyata keçirmək istəyirik”.
ABŞ-ın müdafiə nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi deyib ki, həmin qüvvələrin bazası İraqda yerləşəcək./
 

Google+ WhatsApp ok.ru