Ayətullah Nimrin qardaşı: Şeyx Nimrin psixoloji vəziyyəti qənaətbəxşdir

Şeyx Nimr Baqer ən-Nimrin qardaşı Şeyx Cəfər ən-Nimr deyib: ərəbistanlı bu görkəmli şiə ruhaninin edam hökmünün yaxında icra ediləcəyinə dair xəbərlərə rəğmən, o yaxşı psixoloji vəziyyətdədir.
Maide.az xəbər verir ki, Şeyx Nimrin ailəsi dünən 1 noyabrda paytaxt ər-Riyadın əl-Haer həbsxanasında bir saatlıq onunla görüşüb.
Şeyx Nimrin qardaşı France Press Agentliyinə müsahibəsində bildirib: Ayətullah ən-Nimr ölüm hökmünün yaxınlaşması ilə bağlı hər gün məlumatlar eşidilməsinə baxmayaraq, çox yüksək əhval ruhiyyədədir və özünü istənilən hadisəyə, hətta ölümə belə hazırlayıb.
O, bu sözləri qardaşı ilə həbsxanada görüşdükdən sonra deyib.
Şeyx Nimrin digər ailə üzvləri,o cümlədən anası da bu görüşdə iştirak edirdilər.
“Beynəlxalq Amnistiya Təşkilatı” Ərəbistan dövlətinə yaxın mətbuat mənbələrinə istinadən bildirib: Şeyx Nimr ölüm hökmü gözləyən 6 fəaldan biridir.
Təşkilat həmçinin əlavə edib: Şübhəsiz, bu şəxslər ədalətsiz mühakimə nəticəsində məhkum ediliblər.
Şeyx Nimrin qardaşı bu edam məsələsinin Şeyx Nimrin ürəyində qorxu yaratmadığını qeyd edərək, Ərəbistan Daxili İşlər Nazirliyini bəzən ictimai reaksiyanı ölçmək üçün bu tip xəbərləri yaymasında ittiham edib./
 

Google+ WhatsApp ok.ru