ABŞ Fələstin dövlətinin tanınması barədə qətnamə layihəsini dəstəkləmir

ABŞ Dövlət Departamenti dekabrın 17-də BMT-nin Təhlükəsizlik Şurasına daxil olmuş Fələstin dövlətinin tanınması barədə qətnamə layihəsini dəstəkləmir, belə ki, onu qeyri-konstruktiv hesab edir. Bu barədə Reuters məlumat verib.
 
ABŞ hakimiyyətinin fikrincə, qətnamə İsrail rejiminin vətəndaşlarının təhlükəsizliyini təmin etməyəcək.
 
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasına qeyd olunan sənəd İordaniyadan daxil olub. Qətnamə layihəsində Fələstin dövlətinin yaradılması ilə bağlı bütün məsələlərin həll olunmasına 12 ay ayrılıb. Sənədə əsasən İsrail qoşunlarının Fələstin ərazisindən çıxarılması 2017-ci ilin sonuna qədər başa çatmalıdır.

Google+ WhatsApp ok.ru