İranın Buşəhr əyalətində güclü zəlzələ baş verib

İranın Buşəhr vilayətinin cənubunda Şonbeh şəhərindən 5,3 bal gücündə zəlzələ baş verib.

Maide.az-ın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb.

Yerli vaxtla saat 7:49-da baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında Şonbeh şəhərində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələ nəticəsində 37 nəfər həlak olmuş, 850 nəfərdən artıq şəxs isə yaralanmışdı. Ümumilikdə, 700-dən çox ev tamamilə dağılmışdı.

Google+ WhatsApp ok.ru