ABŞ Fələstin üçün toplaşan BMT iclasında iştirak etməyəcək

Maide.az xəbər verir ki, ABŞ Fələstində pozulan insan hüquqları ilə bağlı keçirilən BMT-in illik iclasına qatılmayacağı bildirilib. Toplantının keçirildiyi Cenevrədə "Reuters"ə danışan ABŞ sözçüsünün açıqladığı gözlənilməz qərar, ABŞ-ın İsrail rejimi ilə əlaqələri yenidən təşkil etməyə getməsinin nəticəsi kimi dəyərləndirilib.
 
Məlum olduğu kimi ABŞ və İsrail rejiminin baş naziri Binyamin Netenyahu arasındakı münasibətlər İsraildə keçirilən seçki ərəfəsində gərginləşmişdi. Son olaraq Obama Netenyahu tərəfindən aparılan "əgər seçilərsə, fələstinlilərin heç bir şəkildə dövlət qurmalarına icazə verməyəcəyi" açıqlamasını pisləmiş, Netenyahu isə Obamanın mövqeyindən sonra verdiyi açıqlama ilə çıxışının yanlış çevrildiyini iddia etmişdi.
 
Həmçinin Netenyahu ötən günlərdə ABŞ ilə İran arasında nüvə işlərinə dair davam edən danışıqlar üzərində müqavilə əldə etmələrinə mane olmaq sözü vermişdi.

Google+ WhatsApp ok.ru