Fransada təyyarə qəzası - 148 ölü

Fransada sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarə Düsserdolfdan Barselonaya uçurmuş. 
 
"Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. İlkin məlumata görə, qəza Fransanın cənubunda qeydə alınıb. 
 
Fransanın baş naziri qəzanın baş verdiyini təsdiqləyib. 
 
Qəzaya uğrayan təyyarə "Germanwings" şirkətinə məxsus olub. Hələlik qəzanın səbəbləri bəlli deyil. 
 
Fransa prezidenti qəza ilə bağlı açıqlama verib. Oland deyib ki,  qəzanın oluş şəklinə baxılırsa, kimsənin sağ qalması mümkünsüzdür.

Google+ WhatsApp ok.ru