ABŞ generalından etiraf: `Mosulda dinc sakinlərin ölümündə əlimiz var`

ABŞ generalından etiraf: `Mosulda dinc sakinlərin ölümündə əlimiz var`

Beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində Mosulda dinc sakinlər həlak olub.
 
Bu barədə ABŞ ordusunun general leytenantı, İraqda və Suriyada  İŞİD terror təşkilatına qarşı beynəlxalq əməliyyatın komandanı Stiven Taunsend brifinqdə  bəyan edib.
 
"İlkin qiymətləndirməmə görə, bizim bu qurbanların olmasında əlimiz var, - deyə o, etiraf edib.
 
Qeyd edək ki, Mosulda Əl-Cədid rayonuna aviazərbələr nəticəsində 200-dən artıq sakin həlak olub.
 
ABŞ-ın Mosuldakı fəaliyyətləri ilə əlaqədar Rusiya tərəfi BMT TŞ xüsusi brifinq üçün sorğu göndərib.
 
İraq prezidenti Fuad Məsum isə Mosulda baş verənləri hümunitar fəlakət adlandırıb. (faktxeber) /

Google+ WhatsApp ok.ru