Stratfor: `Bölgənin gələcəyini ABŞ ittifaqı yox, İran müəyyənləşdirəcək`

Stratfor: `Bölgənin gələcəyini ABŞ ittifaqı yox, İran müəyyənləşdirəcək`

Amerikanın Stratfor beyin mərkəzi Yaxın Şərq regionunun gələcəyini İran və digər bəzi qüvvələrin müəyyən etdiyini yazıb.
 
Stratfor beyin mərkəzi ABŞ prezidenti Donald Trampın İŞİD ilə müharibə vədləri, İran və Türkiyə kimi regional qüvvələrin güc bölgüsü haqqında hesabat dərc edib. Hesabatda Tra mpın seçki kampaniyasında verdiyi söz istiqamətində addım atmağa başladığı bildirilib.
 
Stratfor Türkiyə rəhbərliyinin də Amerika və Rusiyadan ümid etdiyini ala bilmədiyini, ancaq regionda uzunmüddətli hədəflər istiqamətində hərəkət etdiyini qeyd edib. Hesabatda Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə qurmaqla birlikdə, Şimali İraq ilə iqtisadi və təhlükəsizlik münasibətlərini də qorumağa çalışdığı vurğulanıb.
 
Ancaq Stratfor bölgənin gələcəyini Amerika və müttəfiqlərinin yox, məhz İran və digər qüvvələrin müəyyən etdiyini vurğulayıb. (deyerler) /

Google+ WhatsApp ok.ru