ABŞ kəşfiyyatı: “İŞİD-i biz yaratdıq, biz maliyyələşdiririk” 01 Sentyabr 2014 01:00 Dünya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (ing. Central Intelligence Agency - CIA) yüksək rütbəli işçisi Stiven Kellinin İŞİD haqqındakı açıqlamaları böyük səs-küyə səbəb olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək rütbəli işçisi Stiven Kelli “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının tamamilə uydurma bir düşmən olduğunu bildirib. O, bu sözləri İranın ingiliscə yayımlanan “Press TV” kanalına verdiyi açıqlamada səsləndirib. İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən maliyyələşdirildiyini dilə gətirən Kelli, “ABŞ-ın İŞİD-ə hücum etməli olduğunu düşünənlərə söyləyirəm: bu, tamamilə lazımsız bir həmlədir. Çünki onları biz yaratdıq, biz idarə edirik.” – deyib. Daha sonra o, sözlərinə bu cür davam edib: “Əgər ABŞ İŞİD-i yox etmək istəsəydi, maddi mənbəyini məhv edərdi və qruplaşmanın formalaşmasında rol oynayan şəxsləri aradan qaldırardı.” Teqlər : #ABŞ kəşfiyyatı: İŞİDi biz yaratdıq,#biz maliyyələşdiririk, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin həbsxanalarında 7 min fələstinlini var İraqdan oğurlanmış qadınlar Suriyada satılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO