İŞİD 25 İraq vətəndaşını diri-diri yandırıb

 
İŞİD terroristləri ən azı 25 iraqlını bu ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham edərək diri-diri yandırıb.
 
Maide.az xəbər verir ki, bu insanlar Mosul şəhərinin şimalında Dəclə çayının yaxınlığında qətlə yetiriliblər.
 
Məlumata görə, İŞİD onlarla Mosul sakinini bu cinayəti görmək və onları qorxutmaq məqsədilə sözügedən yerə gətirib.
 
Bu cinayətin baş verdiyi bir halda, İŞİD terroristləri Ənbar və Səlahəddin vilayətlərində gedən döyüşlərdə böyük itkilərə məruz qalıb və nəzarət altında saxladığı bir çox bölgələri itirib.
İ
raq KİV-lərinin məlumatına görə,  Səlahəddin əyalətinin Bici bölgəsində İŞİD terror qruplaşmasının 638 üzvü öldürülüb. İŞİD terrorçulardan 238 nəfər də yaralanaraq Mosula qaçıblar. /
 
 

Google+ WhatsApp ok.ru