ABŞ müdafiəyə 612 milyard dollar ayırdı

ABŞ Konqresi 2016-cı il üçün müdafiə büdcəsini təsdiq edib. Müdafiə büdcəsi 612 milyard dollar olacaq.
 
Bu barədə məlumatı Ağ Ev sözçüsü açıqlayıb.
 
Bununla yanaşı, Vaşinqton 17-35 nömrəli qanuna əsasən orta və yaxın mənzilli raketlərin məhv edilməsi prosesini dayandıra bilər. 
 
Amerika çoxdandır ki, Rusiyanı bu müqaviləni pozmaqda günahlandırır. Ağ Ev bildirir ki, əgər Moskva 120 gün ərzində müqaviləyə əməl etməsə, Pentaqon əks tədbirlər görmək məcburiyyətində olacaq.
 
Sənədə əsasən Şərqi Avropaya da tank briqadası göndərilə bilər. Büdcədə Ukraynaya kömək üçün 300 milyon dollar da ayrılıb.
 
Prezident Barak Obama bu qanunu imzalamağa tələsmir. O, belə hesab edir ki, büdcə həddən artıq şişirdilib.(Musavat.com)

Google+ WhatsApp ok.ru