Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək

Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya islahatları ilə bağlı referendumu dekabrın 6-na təyin edib.
 
Ermənistan prezidenti bu barədə sərəncam imzalayıb.
 
Qeyd edək ki, Ermənistanda yeni  hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna sahib olacaq.

Google+ WhatsApp ok.ru