ABŞ polisi yeniyetməyə 6 güllə vurub - VİDEO

ABŞ-ın Ferqüsson şəhərində (Missuri ştatı) polis tərəfindən öldürülən 18 yaşlı Maykl Braunun bədənində 6 güllə yarası aşkarlanıb. Bu barədə `The New York Times` ekspertizanı aparan pataloqoanatom Maykl Baydenə istinadla məlumat yayıb.

Ekspertin sözlərinə görə, yeniyetməyə qabaqdan atəş açıblar. 4 güllə onun sağ qoluna, 2 gülə isə başına dəyib.

Qeyd edək ki, qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Google+ WhatsApp ok.ru