Rusiyada səfirliyi atəşə tutan erməni çıxdı

Bu gün Türkiyənin Rusiyadakı səfirliyinin binasını atəşə tutan şəxsin kimliyi müəyyənləşdirilib. 
 
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisəni törədən şəxsin erməni Artur Mirzoyan olduğu məlum olub. Onun məqsədi səfirliyin binası üzərində Türkiyənin gerbini vurmaq olub. Artur Mirzoyan ov tüfəngi ilə iki dəfə atəş açaraq hər dəfəsində də hədəfə dəyib. 
 
Qeyd edək ki, Artur Mirzoyan "Dobrıy les" şirkətinin baş direktorudur.
 
Xatırladaq ki, bu gün səhər saatlarında polis Moskvada Türkiyə səfirliyinin binası üzərində bərkidilən lövhəsini atəşı tutan şəxsi saxlamışdı. İnsident bu gün 08:20-də qeydə alınıb.

Google+ WhatsApp ok.ru