ABŞ İraqda yeni hərbi baza planlaşdırır

 ABŞ Müdafiə Nazirliyinin Mosulu İŞİD-dən geri almağa hazırlaşan İraq əsgərlərinə artilleriya atəşi dəstəyi də verəcək yeni bir bazanın açılmasına hazırlaşdığı bildirilir.
 
Maide.az xəbər verir ki, ABŞ Baş Qərargah Rəhbərliyinin əməliyyatlar üzrə direktor müavini Endryu Luis, ABŞ rəhbərliyindəki koalisiya güclərinin İŞİD-ə qarşı apardıqları kampaniyaya dair Pentaqonda mətbuat konfransı keçirib.
 
 Jurnalistlərin suallarını cavablandıran Luis, Pentaqonun Mosulun nəzarətini yenidən ələ alamağa çalışan İraq təhlükəsizlik qüvvələrinə artilleriya atəşi dəstəyi ilə digər yardım göstərmək üçün yeni bazaların açılmasını qiymətləndirdiklərini vurğulayıb.
 
"Qətiyyət Əməliyyatları" sözçüsü Stiv Uorren də bu bazanın terror təşkilatının Mosulu ələ keçirməsindən sonra İraq qüvvələrinə məsləhət və təhsil dəstəyi təqdim etmək üçün İraqa qayıdan ABŞ əsgərləri tərəfindən yaradılan ilk baza olduğunu bildirmişdi.
 
Bazada 200 ABŞ əsgərinin xidmət edəcəyi bildirilir.

Google+ WhatsApp ok.ru