Zavodun 250 işçisi itgin düşüb

İŞİD  terror qruplaşması üzvlərinin bazar ertəsi günü Dəməşqin  şərqində sement zavoduna hücumundan sonra orada çalışan 250 nəfər itgin düşüb. 
 
Maide.az xəbər verir ki, yerli  sakinlər  bildirir ki, biz bazar ertəsi günortadan  İŞİD-in zavoda hücumundan sonra  öz qohumlarımızdan xəbərimiz yoxdur. 
 
Zavodun rəhbərlərindən biri  250 işçinin itgin düşdüyünü təsdiqləyib.
 
Suriyanın Dəməşq şəhərinin şərqində yerləşən Badiyə siment  zavodu  Əl-Zəmir  şəhərinin kənarında yerləşir.  Ötən  bir neçə gün ərzində Suriya ordusu və İŞİD terrorçuları arasında bu bölgədə  döyüşlər gedir.
 
Fransa xəbər agentliyi Suriyanın  təhlükəsizlik  qüvvələrindən adını açıqlamadığı mənbəyə istinadən bildirib ki,  İŞİD terrorçuları Əl-Zəmir  şəhər hava limanını ələ keçirməyə çalışırdı ki, ordu  onların  qarşısını alıb. /
 
 

Google+ WhatsApp ok.ru