ABŞ Rusiya, İran və Venesuelanın çökməsinə 1 trilyon ayırdı - ARAŞDIRMA

ABŞ və Səudiyyə Ərəbistanının neftin icbari ucuzlaşdırılması barədə siyasi danışıqları aşkardır və heç kimdə şübhə doğurmur. Hər bir tərəf öz məqsədini güdür.
 
Səudiyyə Ərəbistanı öz qütbünü  (bazardakı hissələri ələ keçirməklə) daha zəif  və tərəddüddə olan iştirakçılardan təmizləməyə çalışır: ilk növbədə  bazarın Afrika payını (Nigeriya, Liviya, Əlcəzair) ələ keçirmək və Fars körfəzini (İran) təmizləmək istəyir. Bu ona bənzəyir ki, gələcəkdə yağlı tikə əldə etmək üçün öz ayağını güllələyirsən: ola bilsin də ki, alınmasın…
 
FaktXəbər-in məlumatına görə, Səudiyyə Ərəbistanının özü neft qiymətinin ucuzlaşdırılmasında iştirak etmir. Onun əsas rolu OPEK-də hakim mövqe kimi hasilatı nəyin bahasına olursa-olsun, əlində saxlamaq və bazarda neft azlığına yol verməməkdən ibarətdir. OPEK qanunları digər iştirakçıların izni olmadan kvotanın birtərəfli dəyişməyini qadağan edir. Səudiyyəlilərə neft müqavilələrin qiymətləndirildiyi beynəlxalq bazara giriş bağlıdır. Bu işi Avropa və Amerika qurumları edir.
 
Səudiyyəlilərin şis layihələrini vurmaq cəhdi ilə ABŞ-ın ziddinə getməsi barədə nağıllar da əsassızdır. ABŞ Səudiyyə Ərəbistanı ilə birgə dünya tarixinin ən güclü  strateji alyansına malikdir, bu səbəbdən heç bir siyasi qərar, əsasən də enerji bazarı ilə əlaqədar olanlar kuratorun (ABŞ) izni olmadan həyata keçirilmir.
 
Qeyd edək ki, səudiyyəlilər azad (suveren) hərəkət etmək üçün ilk növbədə  öz ölkəsindən bütün casus şəbəkəsini çıxarmalıdır ki, bu da görünmür. Bu səbəbdən Səudiyyə Ərəbistanının ABŞ-a qarşı olduğu barədə sayıqlamalara fikir verməmək məqsədəuyğundur.
 
Həmçinin dünyada təkliflərin saysız-hesabsız olduğu barədə iddialar da tam cəfəngiyatdır. Ümumilikdə birbaşa müqavilədə qeyd olunduğu qədər (nə az, nə çox) hasil edilir. Əlbəttə, istehsalçıların neft ehtiyatları yaratdığı vaxtlarda alındığından daha çox hasil edildiyi zamanlar da olur. Lakin bu imkan çox bahalı olan neft anbarları ilə məhdudlaşır, praktikanın özü isə mövsümi xarakter daşıyır (ilbəil təkrarlanır). Hazırda  (tələb və təklif balansında) vəziyyət bir il, yaxud 10 il əvvəl olduğundan heç nə ilə fərqlənmir. Əlbəttə, hasilat çoxalıb, ancaq ilk növbədə Asiyanın hesabına tələb də artıb.
 
Qrafikdə cari ilin yanvar ayı üzrə hasilat və sərfiyatın dinamikası göstərilib. Göstərici  oynasa da, hasilat sərfiyatı izləyir. 
Jurnalistlər tərəfindən irəli sürülən digər cəfəng iddia isə  Çinin yavaşıdığı və artıq neft almadığı barədədir. Çinin  gömrük qurumlarının məlumatlarına əsasən, dekabr ayında Çin tarixində rekord həddə neft alınıb. Ətraflı qrafikdə görünür.
Həmçinin il ərzində rekord həddə alış olub. Çin nə qədər imkan var, aktiv surətdə ucuz neft ehtiyatı toplayır.
Neft qiymətinin ucuzlaşması amerikalı siyasətçilər və kartellərin rejissorluğu ilə tərtib edilib və Amerikanın ticarət operatorlarının nəzarətindədir. ABŞ daha geniş oynayır. ABŞ hər şeyini ortaya qoyaraq, özünün enerji sektorunu qurban verir. Əsas məqsəd, inadkarları - Rusiya, Venesuela və İranı ram etmək və əzməkdir. Eyni anda bütün cəbhələrdən hücuma keçilib.
 
Niyə məhz Rusiya, Venesuela və İran? Cavab aşağıdakı cədvəldə görünür.
Bunlar dünyanın ən iri  neft ixracatçılarıdır.
Qırmızı dairəyə alınanlar  ABŞ-ın tam, yaxud yüksək səviyyədə nəzarəti altında olanlardır.
Göy dairəyə alınanlar kifayət qədər nəzarətdə olanlardır.
Boz dairəyə alınanlar - heç bir strateji əhəmiyyəti olmayan ölkələrdir.
Yaşıl dairəyə alınanlar isə  ABŞ-ın özünə ram edə bilmədiyi ölkələrdir.
 
Dünyada sərfiyat, neft istehsalı 92 milyon bareli ötüb. Xarici ticarət əməliyyatlarında 43-45 milyon barelə yaxın (təqribən yarısı) istifadə olunur.
 
ABŞ Rusiya, Venesuela və İran istisna olmaqda, bütün əsas oyunçuları birbaşa, yaxud dolayı yolla əlində saxlayır. Enerji daşıyıcılarının strateji ticarət axınına 100 faiz nəzarət üçün isə final ştrix çatışmır.
 
Yeri gəlmişkən, bir məsələni izah edək. Venesuela prezidenti «despot qanlı tiran» Nikolas Maduroya baxmayaraq, ABŞ bu ölkənin ildə 340-360 milyon barel neftini «içir». Bu da gündə təqribən bir milyon barel edir.
 
Siyasi mübarizə elə siyasi mübarizə, biznes isə biznes olaraq qalır. Lakin ABŞ uzun illərdir ki, Venesuelanın neft ixracatının üzərində tam nəzarət edərək, nizama salmağa müvəffəq olmur. 
Bu ABŞ-ın xoşuna gəlmədiyi üçün Venesuela söz azadlığı olmayan və vətəndaş hüquqlarını qorumayan qeyri-demokratik dövlət kimi təqdim edilir. Həmçinin ənənəvi olaraq Amerika Venesuelada dövlət çevrilişi cəhdləri edərək, bu ölkədə qarışıqlıq yaratmaq istəyir. Bu o qədər tez-tez baş verir ki, çoxları hesabi belə itirib. ABŞ-ın sonuncu cəhdləri 2013-cü ildə başlayıb və bu günə qədər davam edir. Son məqsəd hökuməti devirərək, yerinə Amerika marionetkasını gətirmək və Venesuelanın bütün əhəmiyyətli resurslarını özəlləşdirməkdir. 
 
Hazırda Venesuela böyük iqtisadi problemlər yaşayır. Rəsmi statistikanın hesablamalarına görə, ölkədə 60% inflyasiya müşahidə edilir. Lakin qeyri-rəsmi məlumata görə,  məhsullar təxminən 3 dəfə bahalaşıb. Bu ölkənin gəlirinin 93%-ni neft təşkil edir. Və ABŞ nefti az aldığı üçün Venesuelanın vəziyyəti daha da acınacaqlı olacaq. 
 
Venesuelanın borcu 110 mlrd. dollar təşkil edir. Bir barelin 45 dollara satılması isə Venesuelanın çökməsini daha da tezləşdirəcək. 
 
ABŞ-ın casusları bütün dünyaya səpələnib. Rusiya da istisna deyil. Lakin buna baxmayaraq, rəsmi Moskvanın siyasi addımları ABŞ-ın baş xarici siyasət və xarici iqtisadi doktrinası ilə zidd gedir. Bu isə Birləşmiş Ştatların heç də xoşuna gəlmir. Rusiyaya təzyiqin xronologiyasını hamı (hər şey) əla bilir
 
İrana hücum 2011-ci ildən başlayıb. 2012-ci ildə isə daha da güclənib. ABŞ-ın İrana sanksiya ilə olunan təzyiqi Rusiyaya təzyiqdən qat-qat çoxdur - ticarətə tam embarqo, hesabların dondurulması və kapital bazarının tam bağlanması. Hərçənd İran əsasən Asiyanın dəstəyinin hesabına dolanır, lakin neftin 45 dollara düşməsi İranın iqtisadi durumunu ciddi şəkildə pisləşdirə bilər. 
 
Venesueladan fərqli olaraq İranın və Rusiyanın sabitliyi kifayət qədər yüksəkdir. 
Neftin ucuzlaşmasının nəticəsi genişmiqyaslı ola bilər. 
Əgər neft 45-50 dollar qalarsa, dünyada bu layihələrə ciddi ziyan dəyəcək: 
 
100% arktik layihəsi;
95% şist neft-qaz layihəsi;
87%-dən çox dərin sularda olan hasilatın çıxarma və rəf layihəsi;
75% çətin çıxarılan neftlə bağlı layihə;
 
Bu bütün alternativ və yaşıl energetikanın dəfni deməkdir.  
Bu və neft-qaz şirkətlərinin investisiyaları dünyanın bütün ölkələrinin iqtisadiyyatında olduqca böyük rol oynayır. Məsələn, Rusiyada bu investisiya 60% təşkil edir. Həmçinin neft-qaz investisiyaları zəncirvari effektə malikdir. Çünki bu maşınqayırma, elektrik avadanlıqlarına, metallurgiya və digər sahələrə təsirlidir. Bir sözlə, neft-qaz investisiya şirkətləri inşaat sahəsindən də önəmlidir. 
Neftin ucuzlaşması enerji şirkətlərinin qaçılmaz kütləvi və genişmiqyaslı müflisi deməkdir. 
Məsələn, neftin qiyməti 105 dollar olanda Rosneft-in istehsalının 60%-ni dövlət alırdı. Bu neft şirkətinin xərci hər barelə 35 dollar təşkil edir. Ona görə də bir barelin 45 dollar olması Rosneft-in ziyanla işləməsi deməkdir. Bu həmçinin Amerikanın 80% şirkətlərinə də aiddir. 
 
Bir sözlə, ABŞ özünün hegomonluq xülyasını gerçəkləşdirmək üçün Rusiya, İran və Venesuela ilə qarşıdurmaya dünyanın yarısını - Avropa Birliyi, Yaponiya, Kanada, Avstraliya, İsveçrə və Norveç - cəlb edib.  Neftin 45-50 dollar olduğuna görə, onlar ildə 1 trilyon dollar itirir. Yəni, hesab etmək olar ki, ABŞ Rusiya, İran və Venesuelanın çökməsinə 1 trilyon dollar ayırıb. Amma görünən odur ki, ABŞ-ın bu istəyi də Əfqanıstanda, İraqda, Suriyada dəfn olunan arzuları ilə birgə addımlayacaq. Və bütün dünyanın ona baş əyməsini istəməsi sonda bu böyük Qərb ölkəsinin özünü baş-ayaq edəcək.

Google+ WhatsApp ok.ru