ABŞ və Britaniya Yəmən səfirliyini bağlayır

Maide.az xəbər verir ki, Yəməndəki Amerika Səfirliyinin bağlanacağı və səfirinin sabah ölkəni tərk edəcəyi açıqlanıb. Bundan əlavə bildirilir ki, bu gün səhər saatların Böyük Britaniya Səfirliyi də bağlanıb və səfir axşama tərəf ölkəni tək edəcək.
 
Yəməndə Husi Hərəkatı 4 aydan bəri paytaxt Sənanı əlində saxlayır. Hökumət ilə paytaxta daxil olan Husiler arasında 21 sentyabr 2014-cü ildə "Sülh və Milli Tərəfdaşlıq Müqaviləsi" imzalanıb.
 
Yəmən ordusu ilə Husilər arasındakı qarşıdurmalar ölkədə qarışıqlıq yaratdığı bir vaxtda, dialoq görüşlərinin kilid şəxsi olan prezident müşaviri Əhməd Avad Bin Mübarək 17 yanvarda oğurlandı. 
 
Husilər bundan sonra Prezident Sarayı ilə prezidentin mənzilini mühasirəyə aldılar. Toqquşmalarda 9 nəfər öldü, 80 nəfər isə yaralandı.
 
Bundan sonra prezident Abdrabbu Mansur Hadi və Baş nazir Xalid Bahhahın hökuməti istefa verdiyini açıqladı.
 
Husilər cümə günü parlamenti buraxıb yerinə 551 üzvdən ibarət olan, ölkəni idarə edəcək Müvəqqəti Milli Şurası yarandığını elan etdi.
 
Şura 5 nəfərdən ibarət Prezident Şurasını seçəcək. Rəhbərlik Şurası isə yeni prezidentini müəyyən edəcək.
 
Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin vəzifəsini tərk etmək məcburiyyətində qaldığı 2011-ci ildəki qiyamdan sonra ölkədə sabitlik və təhlükəsizlik problemi davam edir.
 
Cənubda separatçı Cənub Hərəkatı Yəmən ordusu ilə toqquşur. Şimalda isə Husilər ilə sünni qəbilələr arasında toqquşmalar var.
 
Əl-Qaidə isə neft və qaz borularına hücum edərək ordunu əməliyyatlardan çəkindirməyə çalışır. Ziyan görən boruların təmiri təhlükəsizlik səbəbilə uzun müddət vaxt aparır. Buna görə də, ölkədə tez-tez qaz və neft nəqlində problemlər yaranır.
 
Yəməndə aclıq həddində yaşayan insan sayı isə 10 milyona yaxınlaşmış vəziyyətdədir.

Google+ WhatsApp ok.ru