ABŞ Vatikandan rəsmən dəstək istədi

ABŞ xarici işlər naziri John Kerry Quantanamo həbsxanasındakı mövcud məhkumlar üçün uyğun variantların tapılmasına yönündə Vatikandan dəstək istəyib.
 
Maide.az xəbər verir ki, Müqəddəs Məqam (Vatikan) nümayəndəsi Ata Federico Lombardi Kerrinin Kubada terror günahkarlarının saxlandığı Quantanamo həbsxanasının bağlanılması mövzusunda səylərinə toxunub və mövcud məhkumlar üçün uyğun həllər axtarışında onlardan dəstək istəndiyini söyləyib. Ancaq bu həllərin nə ola biləcəyinə dair ətraflı məlumat verməyib.
 
Lombardi Quantanamonun bağlanılmasını Vatikanın da arzu etdiyini söyləyib. 
 
Qeyd edək ki, sözügedən həbsxananın MKİ-nin müxtəlif işgəncə üsullarını tətbiq etdiyi bazalardan biri olması son günlərdə ABŞ-da və dünyada müzakirə mövzusu olub.

Google+ WhatsApp ok.ru