Ağdamın işğalından 23 il keçir 23 İyul 2016 01:00 Qarabağ xəbərləri 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt ediblər. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə rəsmilər Azərbaycan iqtisadiyyatının 3 milyard manat itirdiyini bildirirlər. Maide.Az xəbər verir ki, Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox adam həlak olub. Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir. Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi. Teqlər : #Ağdamın işğalından 23 il keçir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Füzuli atəşə tutuldu Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni