Afinanın mərkəzində partlayış törədilib

Yunanıstan paytaxtı Afinanın mərkəzində bu gecə yarısı partlayış törədilib.
Maide. az xəbər verir ki, hadisə mərkəzdəki Sintaqma meydanında yerləşən Yunanıstan Həmkarlar Federasiyanın (YHF) binasının qarşısında baş verib. Yerli qruplar tərəfindən həyata keçirildiyi güman olunan partlayış nəticəsində ölən və ya yaralananların olmadığı qeyd olunur.
 
YHF binasının girişinə bir bel çantasında uzaqdan idarə olunan və məhdud zamanlı bomba qoyulub. Bomba yerli saatla 03:30-da partladılıb.
 
Patlayışdan təqribən 40 dəqiqə əvvəl naməlum şəxs "Lambrakis Media Qrup"a zəng edərək qabaqcadan partlayış barədə məlumat verib. Jurnalistlərin dərhal polisi məlumatlandırması ilə bel çantasının qoyulduğu ərazi mühasirəyə alınıb. Lakin vaxtı bitincə patlayan bombanın səsi Afinanın əksər bölgəsindən eşidilib./

Google+ WhatsApp ok.ru