Qərb KİV-i şokda: Putin İŞİD terrorçularına qarşı əməliyyatları buradan belə izləyir - FOTO

Rusiyanın Suriyada terrora qarşı mübarizədə apardığı avia əməliyyatlara nəzarət edilən hərbi bazanın görüntüləri yayılıb. Maide.az xəbər verir ki, Putinin hərbi əməliyyatlara şəxsən nəzarət etdiyi  Rusiya Milli Mudafiə Nəzarət Mərkəzinin foto görüntüləri xüsusilə Qərb mətbuatında geniş rezonans doğurub. 
 
Rusiya prezidenti Vladimir Putin ötən həftə bu mərkəzə gedərək rus təyyarələrinin Suriyadakı hava əməliyyatlarını izləyib. Foto görüntülərin həmin gün çəkildiyi bildirilir. 
 
Qeyd edək ki, mərkəzdə Rusiya istehsalı Mi-8 tipi təxliyə helikopterlərinin enə biləcəyi helikopter zolağı da mövcuddur./
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru