Şahbaz Xuduoğlunun ofisindən seyf oğurlandı - İçində 13 min dollar var imiş

Bakıda “Qanun” nəşriyyatından oğurluq olub.
 
AzNews.az xəbər verir ki, hadisə 3 gün əvvəl gecə saatlarında baş verib. İçərisində 13 min dollar olan seyf nəşrlər evindən oğurlanıb. Oğurluq hadisəsi ilə bağlı nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu Nəsimi Rayon Polis İdarəsinə müraciət edib.
 
Hadisə ilə əlaqədar “Qanun”un işçiləri polis bölməsinə aparılaraq, dindirilib.
 
Hazırda faktla bağlı araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru