Rusiya təsdiq etdi - Su-25-lər...

Rusiya təsdiq etdi - Su-25-lər...

Rusiya Müdafiə Nazirliyi Suriyaya döyüş təyyarələri göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Axar.az xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov 4 ədəd Su-25 reaktivinin Hmeymim bazasına göndərildiyini təsdiq edib:
 
“Hmeymim bazasına 4 ədəd Su-25 təyyarəsi göndərmişik. Lakin 6 ədəd Su-24 reaktivi ölkəyə qayıdıb. Suriyada hərbi gücümüzü azaltmağa davam edəcəyik”.
 
Xatırladaq ki, ABŞ-ın “Foks Nyus” telekanalı Rusiyanın Suriyaya əlavə hücum təyyarələri göndərdiyi barədə məlumat yayıb.
 
“Ruslar qoşunların çıxarıldığını desələr də, bunun heç bir sübutu yoxdur. Əksinə, orada yeni qüvvələr peyda olub”, - xəbərdə qeyd olunub. /

Google+ WhatsApp ok.ru