Ali lider: Şəhid Həmədaninin izdihamlı dəfn mərasimi onun ixlası müqabilində verilən İlahi mükafatın təntənəsidir

 Ayətullah Xamenei Şəhid Hüseyn Həmədaninin ailəsi ilə görüşdə, Şəhid Həmədaninin Tehranda təntənəli dəfn mərasiminin baş tutmasını və Həmədanda misilsiz dəfn mərasiminin keçirilməsini bu əziz şəhidin ixlası müqabilində İlahi tərəfindən verilən mükafatın təzahürü olduğunu qeyd edib.
 Maide.az xəbər  verir ki, Ali Lider Ayətullah Xamenei bazar günü axşam Şəhid Hüseyn Həmədaninin evinə gələrək, ailəsinə baş çəkib və şərəfli Genralın şəhid olması ilə bağlı təbrik və başsağlığı bildirib.
Ayətullah Xamenei Şəhid Həmədaninin təhlükəli meydanlarda ixlasla çalışmasına və səylərinə toxunaraq, belə bir maraqlı taleyin baş verməsini haqq yolunun mücahidlərinin çoxdankı arzusu olduğunu bildirərək, vurğulayıb: Allah şəhidlik qapısını öz xalis bəndələri üçün açıq saxlayıb və heyifdir ki, Şəhid Həmədani kimi mücahidlər və etalonlar şəhidlik yolundan qeyri bir yolda həyatlarını itirsinlər.
Ali lider bildrib ki, dəfn mərasimindəki inanılmaz izdiham o Şəhidin cazibəsi və ixlasından irəli gəlir və əslində Həmədan əhalisi üçün də öz inqilabi və şəhidpərvərlik hisslərini biruzə verməsi üçün bir İlahi nemət və imkan idi./
 
 
 
 
 

Google+ WhatsApp ok.ru