Ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayıb

Bu gün Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, bakalavrların qeydiyyatı iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq.
 
Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
 
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər. 
 
Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru