Ali məktəblərə qəbul olmaq üçün 34 mindən çox abituriyent ixtisas seçimi edib 10 Avqust 2015 01:00 Elm, Təhsil Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Maide.az-a verilən xəbərə görə, bu gün saat 11.05-ə olan məlumata görə 34 536 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib. Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. Teqlər : #Ali məktəblərə qəbul olmaq üçün 34 mindən çox abituriyent ixtisas seçimi edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təhsil Nazirliyi: 1892 müəllim işə qəbul olunub Azərbaycanda ali məktəblərə ixtisas seçimi bu gün başa çatır