Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə, onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir. ("Bəqərə" surəsi 29)

Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”



`ALLAHDAN QORXMAQ` NƏ DEMƏKDİR?!

Tarix : 13-07-2017 18:28

Qurani-Kərim ayələrinə əsasən, ilahi övliyalar və bəndələr Allahdan ən çox qorxanlardır. Burada belə bir sual qarşıya çıxır ki, Allahdan qorxmaq nə deməkdir?!

Cavab: Bu haqda Qurani-Kərimdə müxtəlif təbirlər nəzərə çarpır:

1. يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ “(Allahın həqiqi bəndələri) ağrılı əzabdan (cəhənnəm odundan) qorxurlar.”[1]

2. يَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا “Onlar (Allahın həqiqi bəndələri) əzabı hər yeri əhatə edən gündən (cəhənnəm odundan) qorxarlar.”[2]

3.وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ  “Rəbbinin (hər şeyi) əhatə edən hökmranlığından və ya Rəbbinin məqamından (Rəbbinin hüzurunda dayanmaqdan) qorxan kəs üçün iki cənnət vardır.”[3] Başqa bir ayədə isə belə buyurulur:وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى. فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى  “Amma öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub nəfsini həvayi–həvəsdən saxlayanın yeri, şübhəsiz, cənnətdir.”[4]

4. يَخَافُونَ رَبَّهُم “Onlar (Allahın həqiqi bəndələri) öz Rəbbindən qorxurlar.”[5]

Bir sözlə, Allahın həqiqi bəndələri qiyamət günündən, cəhənnəmin odundan, Allahın hüzurunda dayanmaqdan və Allahın Özündən qorxsalar da, O, mehriban və bağışlayandır, rəhman və rəhmlidir, hətta rəhm edənlərin ən rəhmlisidir, bizim ibadətimizə ehtiyacı yoxdur və ən böyük günahlarımız belə Onun kibriyasına yaxın düşə bilməz. Görəsən, Onun Özündən qorxunun mənası nədir?

Bu suallara “Rəbbinin (hər şeyi) əhatə edən hökmranlığından və ya Rəbbinin məqamından qorxan kəs üçün iki cənnət vardır.” – ayəsində cavab verilir. Rəbbin məqamı ilə bağlı müxtəlif təfsirlər verilir və biz burada iki nümunəni qeyd etməklə kifayətlənirik:

1. Məqsəd Allahın gözətçi və nəzarətçi olmasıdır. Yəni Allahın həqiqi bəndələri o kəslərdir ki, Allahın daim onlara nəzarət etdiyini bilirlər. İmam Xomeyninin (r.h) sözü ilə desək: “Aləm Allahın hüzurundadır, Allahın hüzurunda günah etməyin.” Onlar Allahın nəzarətindən qorxurlar. Bu etiqadın insan tərbiyəsində böyük rolu vardır. Özünü daim möhtərəm bir baxış altında olduğunu hiss edən kəs heç vaxt əyri addım ata bilməz və bütün əməl və rəftarları ölçü əsasında olar.

2. Məqsəd Allah-Taalanın ədalət məqamıdır. İlahi bəndələr həqiqətdə Allahın ədalətindən qorxurlar. Onlar bilirlər ki, əgər Allah bizimlə sırf ədalətlə rəftar edərsə, heç kimin aman tapmağına ümid yoxdur. Təəssüf ki, biz çox vaxt incə məsələlərə diqqət yetirmir, həmişə ölçü əsasında hesab-kitab aparmırıq. Məsələn, əgər bir şəxs yetkinlik çağından sonra otuz il sürdüyü ömrü ərzində orta hesabla gündə bir günah edərsə, ildə 365 günah olar. Onu 30-a vurduqda, on mindən artıq günah toplanar! Görəsən, bu qədər günaha bulaşan insan Allahın ədalət məqamından qorxmamalıdırmı? Əslində, günaha qurşanmayan və həmişə haqq yolda addım atanlar Onun ədalətindən qorxmamalıdır. Necə ki, günahsız insan polis məmurları və məhkəmə qazılarının kənarından keçsə də, onlardan qorxmur. Hesab-kitabı pak və dəftəri ağ olanın mühakimədən qorxusu olmaz.

Deyilənlərdən belə qənaətə gəlirik ki, bəndələr Allahın ədalət məqamından yox, həqiqətdə, öz əməllərindən qorxurlar və Allahdan qorxu hissi əməllərlə bağlıdır.

ALLAHDAN QORXMAĞIN TƏSİRLƏRİ

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Allahdan qorxan heç kimdən qorxmaz və Ondan qorxmayan isə hamıdan və hər şeydən qorxar.”[6]

Bu rəvayətin ən bariz nümunələri “Bədr” döyüşündə iştirak edən İslamın ilkin müsəlmanlarıdır. İslam Peyğəmbəri (s) bu mühüm döyüşə müsəlmanlardan 313 nəfər seçərək “Bədr” məntəqəsinə doğru hərəkət edir. Müsəlmanlar (hərbi baxımdan) müşriklərin qoşunu ilə heç də müqayisə ediləsi deyildi. Müşriklərin sayı 950 nəfər (müsəlmanlardan üç dəfə artıq) idi. Onlar yüz baş ata və yeddi yüz dəvəyə, bununla yanaşı, dövrün yeni silahlarına sahib idilər. Müsəlmanlar isə həm say, həm silah, həm də digər hərbi sursatlar baxımından onlardan çox-çox zəif idilər. Düşmən ordusunun sərkərdəsi bütün İslam qoşununun 313 nəfərdən ibarət olduğunu eşitdikdə inanmır və elə güman edir ki, onların böyük bir hissəsi geridədir və münasib fürsəti gözləyərək dağ-təpələrin arxasında gizlənmişlər. Bu gümanla bir nəfəri göndərir ki, ətrafı diqqətlə arayıb-axtarsın və İslam qoşununun sayını dəqiq öyrənsin. Həmin şəxs vəzifəsini yerinə yetirdikdən sonra geri dönüb sərkərdəsinə belə deyir: “Bir nəfər də olsun pusquda yoxdur və onların sayı döyüş meydanında gördüklərimizdən artıq deyil! Lakin onların çöhrələri də qorxulu və ciddidir. Onlarla döyüşməyi məsləhət görmürəm. Məncə, onların heç biri bizdən qorxmur və döyüşə arxa çevirən deyildir.”

Küfr ordusunun lovğa sərkərdəsi Əbu Cəhl deyir: “Siz qorxaq və acizlərə mənim sözüm yoxdur. Onlar kiçik bir dəstə az silahla bizimlə necə müharibə edə bilər?!” Müşriklər doğru nəsihətə qulaq asmayıb, Əbu Cəhlin sözü ilə döyüşə başlayır və nəhayət, məğlub olur. Onlardan yetmiş nəfəri ölür və yetmiş nəfəri də əsir düşür. Tarixə görə, onlar ömürlərinin sonuna qədər bu məğlubiyyəti yadlarından çıxara bilmir.

“Allahdan qorxanlar isə heç kimdən qorxmur və həmişə qalibdirlər!” sözü bir həqiqətdir.[7]

Rza Şükürlü (Maide.az)



[1]. “Zariyat” surəsi, ayə 37.

[2]. “İnsan” surəsi, ayə 7.

[3]. “Ər-rəhman” surəsi, ayə 46.

[4]. “Naziat” surəsi, ayə 40-41.

[5]. “Nəhl” surəsi, ayə 50.

[6]. “Mizanul-hikmət”, bölmə 1151, hədis 5471.

[7] “Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.86-89.

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:06
06:26
12:34
18:54
23:54
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.