Almaniya: Lazım gələrsə, Əsədlə də görüşülməlidir

Almaniya Xarici İşlər naziri Frank Uolter Steinmeier lazım gələrsə Əsədlə də müzakirə aparıla biləcəyini deyib. 
 
Maide.az xəbər verir ki, "Süddeutsche Zeitunga" Steinmeier Suriya prezidenti Bəşər Əsədlə diplomatik danışıqlara açıq olunmasının vacibliyini bildirib. "Qarşıdurmalara son verməyin yolu, danışıqlarla siyasi həlldən keçir. Bu, lazım gələrsə Əsəd hökuməti ilə görüşləri də əhatə edir", - deyib.
 
Qəzetin xəbərində Almaniya Xarici İşlər Nazirliyinin indiyə qədər həyata keçirilən siyasətin nəticə vermədiyi, bu səbəbdən də BMT xüsusi nümayəndəsi Staffan de Misturanın diplomatik həll axtarışlarını dəstəkləməyin ən düzgün yol olacağını müdafiə etdiyi bildirilir. Nazirliyin açıqlamasına görə, hərbi dalandan qurtulmağın və yeni siyasi hərəkat yaratmağın yolu, sadəcə Əsəd üzərində diplomatik təzyiq və ciddi müzakirələr aparmaqdan keçir.

Google+ WhatsApp ok.ru