Frankfurtda antikapitalist üsyanı - FOTO

Avropa Mərkəzi Bankının (AMB) Frankfurtdakı yeni mərkəzi bu gün etiraz aksiyaları ilə açılıb. Fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyü şəhərdə polis avtomobilləri də də daxil olmaqla digər maşınlar da yandırılıb.
 
Maide.az-ın DW-yə istinadən verdiyi xəbərə görə, Frankfurt şəhər mərkəzində təhlükəsizliyi təmin edən polis daşa basılıb. Nümayişçilər bəzi mühüm qovşaqları da nəqliyyatın hərəkətinə bağlayıblar. 
 
Yandırılan maşınlardan ikisi AMB-nin binası yaxınlığında olub. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz işlədib.
 
Frankfurtdakı AMB əleyhinə etiraz aksiyaları Blockupy hərəkatı tərəfindən təşkil edilib. Bir çox qloballaşma əleyhinə təşkilat və qurum Blockupy çətiri altında yer alır.
 
Blockupy hərəkatı Avropanın bir çox ölkəsinə tətbiq olunan qənaət proqramları və yoxsullaşmağın səbəbkarı olaraq AMB-ni görür.
 
Frankfurt polisi nümayişlərdə təxminən 10 min nəfərin iştirakını gözləyir. Blockupy tərəfdarları günortadan sonra Frankfurt şəhər mərkəzində də bir yürüş və mitinq keçirəcək.
 

Google+ WhatsApp ok.ru