İŞİD yenidən bombalandı

ABŞ-ın hərbi təyyarələri İraqın şimal-qərbində İŞİD terrorçularının mövqelərinə növbəti hava zərbələri endirib.
 
Bu barədə ABŞ Mərkəzi Komandanlığının açıqlamasında bildirilir.
 
ABŞ-a məxsus qırıcı təyyarələr Sincarda bir neçə blokpostunu, zirehli texnika və yaraqlıları daşıyan yük maşınlarını məhv edib.  
 
Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də terrorçuların mövqelərinə zərbə endirməyə başlayıb.

Google+ WhatsApp ok.ru