Almaniyada ilk məscid necə tikildi?  - FOTO

Almaniyada ilk məscid necə tikildi? - FOTO

Almaniyada ilk məscidin istifadəyə verilməsindən 100 il keçir. 
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, Almaniyada ilk məscid 1915-ci ildə  müharibədə əsir düşmüş müsəlmanlar üçün tikilib. 
 
Əsir düşmüş müsəlmanların ibadəti üçün məscidin tikilmə təklifi 1914-cü ildə Sultan beşinci Məhəmməd tərəfindən  Almaniya hökumətinə verilib.  
 
Almanlar birinci dünya müharibəsində Hindistan,  Şimali Afrika,  Suriya və Fransanın müstəmləkəsi olan ölkələrdən 16 minə yaxın müsəlman əsir götürmüş və onları  Wünsdorf bölgəsində yerləşdirmişdi.  Almaniya hökuməti müsəlman əsirlərdən  Fransa, Rusiya və Britaniya əleyhinə müharibədə istifadə etmək niyyətində olduğu üçün bu təklifi dəyərləndirib və Məscidin tikintisi üçün vəsait ayırıb.  
 
Beləliklə ilk məscid  1915-ci ildə Wünsdorf bölgəsində tikilib. Məscidin günbəzi və 23 metr hündürlüyündə minarəsi var idi.
 
Məscidin tikintisində İspaniyadakı İslami memarlıq nümunələri,  Tac Mahal və  digər Osmanlı məscidlərin memarlıq üslubundan istifadə olunmuşdu.
 
Almaniyanın ilk məscidi  Wünsdorf bölgəsində yaşayan müsəlmanların 1928-ci ildə yeni məscid tikməsindən sonra yəni 1930-cu ildə (15 ildən sonra) sökülüb. Almaniya hökuməti  ilk məscidin yerləşdiyi küçənin adının "Məscid küçəsi" qoyub. Hazırda həmin küçədə ilk məscid haqqına məlumat lövhəsi yerləşdirilib. 
 
 

Google+ WhatsApp ok.ru