Almaniyada məscid qalıqları tapılıb 02 Sentyabr 2015 01:00 Dünya Almaniyanın Brandenburq əyalətinin Vünsdorf şəhərində təxminən 100 il öncə inşa edilən və daha sonra sökülən bir məscidinin qalıqları tapılıb. Maide.az xəbər verir ki, qazıntılar zamanı tapılan məscid Almaniyada tikilmiş ən köhnə məscidlərdən biridir. Paytaxt Berlinə 60 km məsafədə yerləşən Vünsdorf şəhərindəki bu məscid 100 il öncə tikilib, daha sonra sökülərək yerində müxtəlif təyinatlı binalar tikilib. Məlumata görə, məscidin yerində nasist dövründə hərbi bina da tikilib. Dəqiq olmayan rəqəmlərə görə, məscid 1925 və ya 1926-cı ildə sökülüb. Hazırda həmin ərazidə afrikalı mühacirlər üçün müvəqqəti sığınacaq məskəni salınır.// Teqlər : #Almaniyada məscid qalıqları tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyənin yeni naziri “erməni soyqırımı”nı tanıdı Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi həlak olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO