Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi həlak olub 02 Sentyabr 2015 01:00 Dünya Türkiyənin Suriya ilə həmsərhəd Kilis əyalətində terrorçular türkiyəli hərbçini qətlə yetirib. Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Suriya ərazisindən hərbçiləri atəşə tutub. Məlumata görə, hərbçilər sərhəd zolağını patrul edərkən qanunsuz Türkiyə ərazisinə keçməyə cəhd edən bir qrup şəxsi aşkarlayıblar. Silahlı şəxslər hərbçiləri atəşə tutub. Əyalət valisi Suleyman Tapsızın sözlərinə görə, hərbçilərdən biri hadisə yerində həlak olub, daha biri isə itkin düşüb: “Atışma baş verdiyi ərazi Suriya tərəfində İŞİD terror qruplaşmasının nəzarəti altındadır”, deyə Suleyman Tapsız bildirib. Bundan başqa, Batman əyalətində PKK terrorçuları xidməti avtomobildə hərəkət edən hərbçiləri avtomat silahdan atəşə tutublar. 20 dəqiqə davam etmiş atışma zamanı terrorçulardan biri öldürülüb, daha biri ələ saxlanılıb. Daha bir terrorçu ərazidən uzaqlaşa bilib, onun axtarışları davam edir. Hücum zamanı yerli polis komissarının müavini həlak olub, daha bir asayiş keşikçisi yaralanaraq xəstəxanaya yerləşdirilib. Teqlər : #Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyada məscid qalıqları tapılıb Danimarkada vəhşilik: müsəlmanların qəbirləri dağıdıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO