Almaniyada PEGIDA əleyhinə aksiya

Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalıların (PEGIDA) ən böyük dəstəkçisi kimi göstərilən Almaniya Üçün Alternativ Partiyasına (AfD) qarşı etiraz edilib.
 
Maide.az xəbər verir ki, təxminən 10 min nəfərin iştirak etdiyi aksiyada etirazçılar "Faşizm bir fikir deyil, cinayətdir", "Birlikdə irqçilik və sağçı populizmə qarşı", "Həmrəylik və sosial ədalət üçün", "Almaniya əvəzinə insanları sevin" yazılmış plakat və şüarlar qaldırılıb.
 
Aksiyanı izləyən AfD-lilərə qarşı şüar səsləndirən nümayişçilər, "Buradan rədd olun, regionumuzda irqçiləri istəmirik" deyiblər.
 
Demokratik Fəhlə Dərnəkləri Federasiyasından olan Sinan Balta çıxışında irqçiliyə qarşı birlik və bərabərliyin əhəmiyyətinə diqqəti çəkib.
 
Balta, "Beş min adamın gələcəyini planlaşdırmışdıq, amma 2 dəfə artıq insan qatıldı. Bu da Bremendə son 12 il ərzində keçirilən ən böyük aksiya oldu", - deyib.

Google+ WhatsApp ok.ru