Bəhreyn rejim məhkəməsi Şeyx Əli Salmanın həbs müddətini uzatdı

Bəhreyn  Apelyasiya Məhkəməsi  Əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın  həbs müddətini 4 ildən  9 ilə qədər uzadıb.  
 
Maide.Az xəbər verir ki, Əl-Vifaq hərakatı məhkəmənin bu qərarını əsassız və təxribat xarakterli qərar olduğunu bildirib və elan edib ki, Manama rejiminin bu hərəkəti ölkədəki siyasi böhranın həlli üçün bütün imkanları  məhv edir. 
 
Şeyx Əli Salman  2014-cü ilin  dekabr ayında  ölkədə islahatlarla bağlı etdiyi bir neçə çıxışdan sonra  həbs olunub.  Ali Xəlifə rejimi  Şeyx Əli Salmanı  Bəhreyn Daxili İşlər Nazirliyinə hörmətsizlik etmək, və insanları hakim rejimi dəyişməyə səsləmək ittihamı ilə 4 il azadlıqdan məhrum etmişdi.  
 
Şeyx Əli Salman Bəhreyn rejiminin əsas siyasi rəqiblərindən olan Əl-Vifaq hərəkatının baş katibidir. O, 1990-cı ildən sürgün olunmuş və 2001-ci ildə ölkəyə geri dönmüşdür.  Şeyx Əli Salman  Əl-Vifaq hərəkatının rəhbəri kimi,  2011-ci ildə  Bəhreyndə cərəyan edən xalq etirazlarının təşkilində fəal iştirak edib.  
 
 

Google+ WhatsApp ok.ru