Almaniyanın XİN başçısı: `Biz Qarabağ danışıqlarının intensivləşdirilməsinin tərəfdarıyıq`

"Almaniya ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların intensivləşdirilməsinin tərəfdarıdır".
"Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı "İnterfax"a müsahibəsində bildirib.
O, münaqişənin "dondurulmuş" adlanması fikri ilə razılaşmadığını vurğulayıb: "Münaqişə uzandıqca insanlar bu vəziyyətdən əziyyət çəkir, regionun inkişafı ləngiyir. İnsanların gündəlik həyatını asanlaşdırmaq, etibarı gücləndirmək üçün biz sülh rejiminin davamlılığı istiqamətində kiçik də olsa konkret addımlar atmağı planlaşdırırıq".
Qeyd edək ki, Almaniya bu il ATƏT-ə sədrlik edir. 

Google+ WhatsApp ok.ru