İşğalçı ordu Qəzzada daha bir yeniyetməni güllələyərək qətlə yetirib (FOTO/VİDEO) 13 Aprel 2019 12:32 Fələstin Dünən cümə günü ilə əlaqədar Qəzzada keçirilmiş növbəti Böyük Qayıdış yürüşü işğalçı İsrail ordu qüvvələrinin hücumundan sığortalana bilməyib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Qəzzanın blokada sərhədinin qarşı tərəfindən mövqe tutmuş işğalçı ordu dinc nümayişçiləri gülləbaran edib, çoxlu sayda gözyaşardıcı qaz bombaları tətbiq edib. Nəticədə 15 yaşlı Məysəra Əbu Şəlluf adlı yeniyetmə həlak olub, 66 nəfər isə yaralanıb. Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralıların arasında bir tibb işçisi də var. Bildirək ki, sayca 54-cü Böyük Qayıdış yürüşündə yüzlərlə Qəzza sakini iştirak edib. 2018-ci ilin 30 martından başlamış bu yürüşlər Qəzzaya qarşı 13 ildir davam edən blokadanın ləğvini və qaçqınların öz yurdlarına geri qayıtmaq hüquqlarını tələb edir. Lakin işğalçı İsrail ordusunun tətbiq etdiyi hərbi güc nəticəsində bugünədək bu yürüşlərdə 282 fələstinli həlak olub, 31 min nəfər yaralanıb. Onlardan 500 nəfərinin vəziyyəti hələ də ağır olaraq qalır. Teqlər : #İşğalçı,#ordu,#Qəzzada,#daha,#bir,#yeniyetməni,#güllələyərək,#qətlə,#yetirib,#(FOTO/VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'QÜDS MÜSƏLMAN DÜNYASININ ŞƏRƏF MƏSƏLƏSİDİR' - 'Qələm' Yazarlar Birliyi müsabiqə elan etdi Əqsa məscidində yanğın baş verib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar