Amerikada güllələmə ilə edam!

ABŞ-ın Yuta ştatında güllələnmə yolu ilə ölüm hökmünü icra etmək mümkün olacaq.
 
Maide.az xəbər verir ki, Amerikanın Yuta Ştratının qubernatoru Geri Herbertin  dünən imzaladığı yeni qanuna əsasən  bu ştatda edama məhkum edilmişlərin xüsusi maddənin aşılanması ilə öldürülməsi mümkün olmazsa, edam hökmünü güllələmə yolu ilə icra etmək olar.
Yuta bu qanunla Amerikada yeganə ştat olacaqdır ki, məhkumların edamı üçün güllələmədən istifadə onda qanuni olacaqdır. 
Yerli KİV-lər yazıb ki, beləliklə, Yuta ABŞ-da gülələnməyə üstünlük verən birinci ştat adını qazanıb. /

 

Google+ WhatsApp ok.ru