Qəzada ölənlər arasında türklər də var

Fransanın cənubunda qəzaya uğrayan sərnişin təyyarəsində türk sərnişinlər də olub.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı Fransa Prezidenti Fransua Olland verib:
 
“Germanwings” hava yollarına məxsus 4U 9525 saylı təyyarədə türk sərnişinlər də var. Ətraflı araşdırma aparılır. Həlak olanların say və kimliyi barədə məlumat veriləcək”.
 
Xatırladaq ki, Almaniyanın “Lüftanza” avişirkətinə məxsus “GermanWings” şirkətinin Airbus-320 təyyarəsi Barselonadan Düsseldorfa gedərkən Fransanın cənubunda qəzaya uğrayıb. Son məlumata əsəsən, 144 sərnişin və 6 ekipaj üzvü qəza nəticəsində həlak olub.

Google+ WhatsApp ok.ru