İsrail rejimi Azərbaycanı təhlükəli ölkələr siyahısına saldı 25 Mart 2015 02:00 Dünya İsrail rejimi vətəndaşlarına dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edib. Məlumata görə həmin 40 ölkə arasında Azərbaycanın da adı var. Belə ki, İsrail rejimi yaxınlaşan bayramlarda dünyanın 40 bölgəsinə edilən səyahətlərin yəhudilər üçün təhlükəli ola biləcəyini bildirib. Rejimin Terrorla Mübarizə İdarəsindən verilən şərhdə deyilir ki, yəhudilər üçün əhəmiyyətli olan bayramlarda xaricdə İsrail vətəndaşlarına qarşı hücumlar arta bilər: "Belçika, Kanada, Avstraliya, Fransa və Danimarkadakı son terror hücumlarının, İraqda və Suriyadakı terrorçu qruplara qatılanların Qərb ölkələrini və yəhudiləri hədəfə alması yeni teraktların ola biləcəyi ilə bağlı narahatlıqlar yaradır". Siyahıda Türkiyə yəhudilər üçün ən təhlükəli bölgə kimi qiymətləndirilib. Siyahıda ardıcıllıq belədir: Türkiyə, Suriya, İraq, İran, Livan, Yəmən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Liviya, Sudan, Somali, Burkina Faso, İndoneziya, Fil Dişi Sahili, Malayziya, Mali, Mavritaniya, Misir, Pakistan, Toqo, Əlcəzair, Cibuti, Tunis, Bəhreyn, Filippinin cənubu, İordaniya, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Mərakeş, Oman, Tailandın cənubu, Keniya, Nigeriya, Hindistanın cənubu, Seneqalın şərqi, Nigerin şimalı, Çeçenistan və Kəşmir. Teqlər : #İsrail rejimi Azərbaycanı təhlükəli ölkələr siyahısına saldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikada güllələmə ilə edam! Boko Haram qarşı Boko Halal
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO