Amerikada islamofobiyadan ilhamlanaraq müsəlman yeniyetmə öldürülüb

Kanzas şəhər polisi məlumat verib ki, müsəlman yeniyetmə Adbusəməd Şeyx Hüseyni maşınla vuraraq, qətlə yetirən sürücünün arxa oturacağından islamofobiyaya aid ləvazimatlar aşkarlanıb.
 
Maide.az xəbər verir ki, məlumata əsasən, yol polisləri bir neçə ay öncə təqsirləndirilən şəxsin avtomobilində Quran və müsəlmanların ünvanına təhqiredici sözlər yazıldığını müşahidə ediblər. Sürücü müsəlman gənci qətlə yetirdiyi zaman bu yazılar maşının üzərində imiş. 
 
Xatırladaq ki, ötən cümə axşamı 15 yaşlı qaradərili müsəlman ABŞ-ın Kanzas şəhərində, məscid yaxınlığında avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Yeniyetmənin qatili 34 yaşlı amerikalıdır. 

Google+ WhatsApp ok.ru