Məsciddə qeyri-adi tətbiq

Maide.az xəbər verir ki, Türkiyədəki məscidlərdən birinin imamı qəribə bir adət-ənənəyə başlayıb. Belə ki, Balıkesir vilayətinin Erdek rayonundakı “Tatlı” məscidinin axundu Zəkəriyyə Şən sübh namazının qılınmasından sonra məsciddə süfrə açaraq namazını qılmış möminləri səhər yeməyinə qonaq edir. Belə bir addımın atılmasına səbəb isə həm möminlərlə bir qədər söhbət etmək, həm də namaza təşviqdir: “Əvvəllər hətta sübh namazını məsciddə tək başıma qılırdım. İndi isə səhərlər məscidə 15 – 20-yə yaxın mömin gəlir. Yemək vaxtı söhbət edir, dini və gündəlik məsələlərdən danışırıq. Nəticə də gözəl olur”. 

Google+ WhatsApp ok.ru