Nyu York meri etiraf edib ki, ABŞ-da qaradərililər amanda deyillər

"Qaradərililər amanda deyil".
Maide.az xəbər verir ki, Nyu York meri de Blazio bu etirafını bazar günü ABC telekanalına müsahibəsində bildirib. 
 
O deyib ki, "On illər ərzində qaradərili insanların valideynləri onlara polis əməkdaşları ilə ehtiyyatlı davranmağı öyrədib. Ağdərili insanlar üçün isə vəziyyət tam başqadır. Ölkənin reallığı budur."
 
De Blazio öz qaradərili oğlu Danteyə polis əməkdaşlarını qıcıqlandırmamağı və ehtiyyatlı davranmağı məsləhət görüb: "Hələ o uşaq ikən biz ona öyrədirdik ki, əgər polis səni saxlayarsa, onun əmrlərinə tabe ol, mobil telefonuna əl atma, çünki biz bilirik ki, Amerika polisi bunu düzgün anlamaz və şübhələnə bilər. Təbii ki, əgər söz qaradərili vətəndaşdan gedirsə. Mən qaradərili ailələrlə söhbətlər etmişəm, mən bu problemi dəfələrlə gündəmə gətirmişəm. Bu çox ağrılı mövzudur. Polislər vətəndaşları qorumalı olduqları halda, vətəndaşlar polislərdən necə qorunsunlar deyə, narahatlıq keçirirlər. "
 
Şəhər meri qeyd edib ki, Amerika polislərinin irqindən aslı olmayaraq bütün vətəndəşlara eyni münasibət bəsləməsinə yalnız ümid etmək qalır. 
 
Nyu York şəhər polis idarəsinin rəhbəri Uilyam Bretton isə hesab edir ki, afroamerikalılara polislər tərəfindən heç bir təhlükə gözlənilmir. O, həmçin bildirib ki, bu fikirlə çox insanlar razılaşmır, o cümlədən Nyu Yorkda keçirilən aksiya iştirakçıları. 

Google+ WhatsApp ok.ru