Amerikada Konqresin anti-İran planına etiraz edildi

Amerika Konqresinin Nümayəndələr Palatasında azlıqların rəhbəri Nansi Plusi deyir ki, konqresin təsdiqinə qədər İran əleyhinə sanksiyaların ləğvinə qadağa layihəsinə qarşı çıxacaq.
 
Maide.az-ın Press TV-yə istinadla verdiyi məlumata görə, "Hill" qəzeti yazır: "Plusi çərşənbə günü yekun mərhələlərə daxil olan İran və 5+1 Qrupunun nüvə müzakirələrinə toxunaraq, bu layihənin Tehranla potensial nüvə anlaşması üçün hədə olduğunu bildirib." 
 
Xatırladaq ki, İran əleyhinə sanksiyaların ləğvinə qadağa layihəsini Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker təqdim edib. Bu layihəyə əsasən, Amerika Konqresi İranla nüvə anlaşmasını araşdırmadığı zamana qədər İran əleyhinə sanksiyaları ləğv etməyəcək.
 
Kaliforniyadan olan demokratların nümayəndəsi Plusi amerikalı qanunvericiləri İran əleyhinə olan bu təklifə qarşı çıxmaqla 30 iyuna qədər ehtimal olunan anlaşmanın detalları üzərində işləmək məqsədilə müzakirəçilərə imkan yaratmağa çağırıb. 
 
30 iyun, İran və 5+1 Qrupu arasında yekun anlaşmanın əldə olunması üçün təyin olunan müddətdir. 
 
Amerika Konqresinin Nümayəndələr Palatasında azlıqların rəybəri deyib: Bizim diplomatiyamız əsaslı sayıqlıq və icra olunan çərçivə anlaşmasına doğru yönəlib. Bu müzakirlərin maneə olmadan öz prosesini davam etdirməsinə şərait yaradılmalıdır. 
 
Plusinin sözlərinə görə, senator Korkerin layihəsi bu beynəlxalq müzakirələri zəiflədir və güclü yekun anlaşmanı əldə etmək üçün qeyri-zəruri maneə yaradır. 
 
İran və 5+1 Qrupu (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) 2 apreldə nüvə anlaşmasının çərçivəsi üzrə razılıq əldə etdilər. Bu razılığa əsasən, nüvə proqramı barədə İran tərəfindən addımların atılması qarşılığında İran əleyhinə bütün beynəlxalq sanksiyalar ləğv olunacaq. 
 
ABŞ prezidenti Barak Obama İranla tarixi anlaşmanı alqışlayaraq deyib: Bu məsələ 3 ay müddətində yekun anlaşmanın əldə olunmasına zəmin yaradır.

Google+ WhatsApp ok.ru