BMT Yərmukda humanitar koridorun yaradılmasını istədi

İŞİD terrorçuları tərəfindən işğal olunan Suriyanın Yərmuk düşərgəsində fələstinli didərginlərin vəziyyətinin ağırlaşması ilə BMT bu düşərgədə humanitar dəhlizin yaradılmasını istəyib.
 
Maide.az-ın "Press TV"yə istinadla verdiyi məlumata görə, Suriyanın qeyri-hərbi bölgələrində toqquşmaların davam etməsi ilə Yərmukda fələstinli qaçqınların vəziyyəti daha acınacaqlı hal alıb. 
 
BMT-nin Fələstinli Qaçqınlara Yardım və Əmək Agentliyinin (UNRWA) sözçüsü Stefan Dujarrik Nyu-Yorkda BMT qərargahında keçirdiyi mətbuat konfransında bu düşərgədəki ağır vəziyyət barədə nigarançılıq edib. 
 
İŞİD təkfirçi qruplaşması kimi, müxtəlif yaraqlı qruplaşmalar Yərmuk düşərgəsini ələ keçirmək üçün 1 apreldən toqquşmalarını artırıblar. 
 
Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, Yərmukdakı 18 min sakindən 3 min 500 nəfəri uşaqdır. 
 
Suriya paytaxtı Dəməşqin ətrafında yerləşən fələstinli Yərmuk düşərgəsi Suriya müharibəsindən öncə 150 mindən çox fələstinli didərginə malik idi. Fələstinlilər İsrail rejiminin 1948-ci ildə onların ərazilərini işğal etməsindən sonra Suriyaya gəliblər.

Google+ WhatsApp ok.ru